[b]"Eybar" son dəqiqədə məğlub oldu - YENİLƏNİB[/b]
08.01.2016 - 01:22
[b]"Eybar" son dəqiqədə məğlub oldu - YENİLƏNİB[/b]

İspaniya Kral Kubokunda 1/8 final mərhələsinin ilk görüşlərinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 6 qarşılaşma baş tutub.

 

Ən maraqla izlənilən matçlar Əndəlus və Kataloniya derbiləri olub. “Espanyol”u qəbul edən “Barselona” ilk dəfə türkiyəli futbolçu Arda Turanın xidmətindən istifadə edib. Luis Enrikenin yetirmələri 4:1 hesablı darmadağına seviniblər.

 

Əndəlus derbisində isə “Sevilya” “Betis” səfərindən 3 xalla dönüb.

 

Azərbaycan yığmasının üzvü Eddi İsrafilovun komandası “Eybar” isə bir gün sonra meydana çıxıb. Şəhərin eyniadlı təmsilçisi öz meydanında “Las Palmas”la üz-üzə gəlib. Milli üzvünün start heytində meydana çıxıb,70 dəqiqə forma geyindiyi matçda ev sahibləri son anda buraxdıqları qolla 2:3 hesablı məğlubiyyətə düçar olublar.

 

 

İspaniya Kral Kuboku

1/8 final mərhələsi, ilk oyunlar

 

6 yanvar

 

“Atletik” – “Vilyareal” - 3:2

Qollar: Uilyams, 54, Aduriz, 68, Laporte, 81 - Baptistao, 16, Samuel, 38

 

“Mirandes” – “Deportivo” - 1:1

Qollar: Ortiz, 26 - Lopo, 75

 

“Valensiya” – “Qranada” - 4:0

Qollar: Neqredo, 8, 63, 83, Rodriqo, 35

 

“Betis” – “Sevilya” - 0:2

Qollar: Kron-Dehli, 13, Krixkovyak, 49

 

“Barselona” – “Espanyol” - 4:1

Qollar: Messi, 13, 44, Pike, 49, Neymar, 88 - Kaysedo, 9


“Rayo Valyekano” – Atletiko” - 1:1

Qollar: Naço Martines, 35 - Niquez, 67

 

7 yanvar

“Kadiz” – “Selta” - 0:3

Qollar: Quidetti, 25, 79, Conni, 58

 

“Eybar” – “Las Palmas” - 2:3

Qollar: Hayroviç, 10, Berxon, 20 - Aytami, 16, Vakaso, 60, Momo, 90+1

 

Qeyd edək ki, bu mərhələnin cavab oyunları yanvarın 13-də keçiriləcək.

 

0