[b]Ardıcıl 6-cı dəfə ən yaxşı seçildi[/b]
21.12.2016 - 13:43
Bir çox ölkədə olduğu kimi, Avstriyada da 2016-cı ilin ən yaxşı futbolçusu açıqlanıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, David Alaba yenə mükafatı heç kimə verməyib.
“Bavariya”nın müdafiəçisi səsvermə zamanı müvafiq olaraq “Lester”li Kristian Fuxs və “Leyptsiq”li Marsel Sabitzeri qabaqlayıb. Bununla 24 yaşlı Alaba ardıcıl 6-cı dəfə İsveçrədə ilin ən yaxşı futbolçusu adına layiq görülüb.
Qeyd edək ki, 2009-cu ildən Avstriya millisinə dəvət alan David Alaba yığmada 50 oyun keçirib.
0
0