“Qəbələ”nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi “Panatinaikos” təmsilçimizlə qarşılaşmanın hazırlığına sabahdan başlayacaq. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda bu günü dincəlməklə keçirəcək.
Oyun gününə qədər hər gün oyunçularına məşq keçəcək baş məşqçi Marinos Ozunidisi bir oyunçunun durumu narahat edir. Belə ki, argentinalı yarımmüdafiəçi Lukas Villafanez zədə ucbatından kollektivdən ayrı qalıb. 26 yaşlı hücumameyilli futbolçu sabahkı məşqdə fərdi hazırlıqla kifayətlənəcək. Onun “Qəbələ” ilə ilk görüşə yetişməyəcəyi artıq dəqiqdi. Argentina gənclər millisinin sabiq üzvü hətta Bakıdakı cavab oyununu da buraxa bilər.
Qeyd edək ki, “Panatinakos”la “Qəbələ” arasında ilk matç iyulun 27-də Afinada keçiriləcək.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi