[b]Argentinada yüzlərlə insan Messi üçün toplaşdı[/b]
03.07.2016 - 17:02
[b]Argentinada yüzlərlə insan Messi üçün toplaşdı[/b]

Argentinanın paytaxtı Buenos-Ayresin mərkəzi meydanında qəribə mitinq keçirilib. Apasport.az saytının məlumatına görə, meydana toplaşmış yüzlərlə adamın məqsədi Lionel Messini millidən getmək fikrindən daşındırmaq olub.

 

İştirakçılara hətta güclü yağış da mane ola bilməyib. Onlar Messiyə ünvanlanmış xahişlərin olduğu bannerlər açıb, mahnılar oxuyublar.

 

Qeyd edək ki, “Barselona”nın hücumçusu Amerika kubokunun finalında Çiliyə məğlubiyyətdən sonra yığma karyerasını bitirdiyini bildirmişdi.