[b]Asim Xudiyev Avropa Liqasının oyununda[/b]
03.07.2017 - 11:01
[b]Asim Xudiyev Avropa Liqasının oyununda[/b]

Azərbaycanlı hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları zamanı iş başında olacaq.

 

Xudiyev “Torpedo” (Gürcüstan) – “Trencin” (Slovakiya) oyununun hakim-inspektoru olacaq. Görüş iyulun 6-da baş tutacaq. Matç Kutaisi şəhərində keçiriləcək.

 

Mənbə: affa.az