Azərbaycan millisi 2017-ci ildəki ilk matçını martın 9-da Qətərə qarşı keçirəcək. Apasport.az saytının məlumatına görə, Asiya zonasını təmsil edən rəqiblə qarşılaşma bu qitə yığmaları ilə 39-cu duel kimi tarixə düşəcək.
Özü UEFA, yəni Avropa zonasında çıxış edən Azərbaycan yığması qonşu qitənin 18 ölkəsi ilə 38 dəfə üz-üzə gəlib. Düzdü, əvvəl Asiyada olan, sonra “Köhnə qitə”yə üz tutan Qazaxıstanla da oyunlarımız var.
Sonuncular indi UEFA üzvü olduğundan bu rəqiblər matçları nəzərə almaq düz sayılmaz. Digər Asiya yığmaları ilə görüşlərdə millimiz 14 dəfə qalib gəlib. 13 dəfə bərabərliyin qeydə alındığı duellərdə rəqiblərimiz 11 dəfə qələbə qazanıb.
Millimiz Qətərdə gözlənilməz məhsuldarlıq nümayiş etdirib, 3 qol vursa, yubiley sevinci yaşayacaq. Söhbət asiyalılara vurulacaq 50-ci qoldan gedir. Komandamız bu qitə təmsilçilərinə indiyədək 47 qol vurub və 41-ni buraxıb.
Yığmamızın daha çox üz-üzə gəldiyi Asiya millisi Özbəkistandı. Bu komanda ilə 10 dəfə qarşılaşmışıq. Futbolçularımız 4 dəfə İran, 3 dəfə Qırğızıstanı sınağa çəkməyə cəhd edib.
6 yığma - Tacikistan, Bəhreyn, İordaniya, Türkmənistan, Küveyt və Oman hərəsi iki dəfə millimiz önünə çıxıb. Asiyadan olan digər 9 rəqiblə isə 1 dəfə yollarımız kəsişib.
Azərbaycan yığması Asiya təmsilçilərinə qarşı
6 iyun 1993. Tehran. BT. Azərbaycan – Tacikistan - 2:0
7 iyun 1993. Tehran. BT. Azərbaycan – Qırğızıstan - 3:2
7 oktyabr 1996. Maskat. YO. Oman – Azərbaycan - 2:0
22 mart 1997. Bakı. YO. Azərbaycan – Türkmənistan - 3:0
25 aprel 1997. Aşqabad. YO. Türkmənistan – Azərbaycan - 2:0
24 aprel 1998. Bakı. YO. Azərbaycan – Özbəkistan - 2:1
18 avqust 1999. Səmərqənd. YO. Özbəkistan – Azərbaycan - 5:1
15 fevral 2001. Albena. YO. Özbəkistan – Azərbaycan - 2:1
8 avqust 2002. Təbriz. YO. İran (U-23) – Azərbaycan - 2:2
10 avqust 2002. Təbriz. YO. İran – Azərbaycan - 1:1
21 avqust 2002. Bakı. YO. Azərbaycan – Özbəkistan - 2:0
14 dekabr 2003. Dubay. YO. BƏƏ – Azərbaycan - 3:3
17 dekabr 2003. Maskat. YO. Oman – Azərbaycan - 1:0
20 dekabr 2003. Ər- Riyad. YO. Səudiyyə Ərəbistanı – Azərbaycan - 1:0
28 may 2004. Bakı. YO. Azərbaycan – Özbəkistan - 3:1
18 avqust 2004. Əmman. YO. İordaniya – Azərbaycan - 1:1
29 may 2005. Tehran. YO. İran – Azərbaycan - 2:1
7 fevral 2007. Karşi. YO. Özbəkistan – Azərbaycan - 0:0
7 mart 2007. Çimkənd. BT. Özbəkistan – Azərbaycan - 0:1
11 mart 2007. Çimkənd. BT. Azərbaycan – Qırğızıstan - 1:0
22 avqust 2007. Düşənbə. YO. Tacikistan – Azərbaycan - 2:3
27 avqust 2008. Tehran. YO. Iran - Azərbaycan - 1:0
15 oktyabr 2008. Manama. YO. Bəhreyn - Azərbaycan - 1:2
1 fevral 2009. Dubay. YO. Azərbaycan - Özbəkistan - 1:1
11 fevral 2009. Əl-Küveyt. YO. Küveyt - Azərbaycan - 1:1
15 noyabr 2009. Əl-Ayn. BT. Azərbaycan - İraq - 0:1
25 fevral 2010. Əmman. YO. İordaniya - Azərbaycan - 0:2
11 avqust 2010. Bakı. YO. Azərbaycan - Küveyt - 1:1
24 fevral 2012. Dubay. YO. Azərbaycan – Sinqapur - 2:2
27 fevral 2012. Dubay. YO. Azərbaycan – Hindistan - 3:0
29 fevral 2012. Dubay. YO. Azərbaycan – Fələstin - 0:2
23 nay 2012. Şizuoka. YO. Yaponiya – Azərbaycan - 2:0
15 avqust 2012. Bakı. YO. Azərbaycan - Bəhreyn - 3:0
1 fevral 2013. Dubay. YO. Azərbaycan – Özbəkistan - 0:0
29 may 2013. Doha. YO. Qətər – Azərbaycan - 1:1
19 noyabr 2013. Bişkek. YO. Qırğızıstan – Azərbaycan - 0:0
5 mart 2014. Dubay. YO. Azərbaycan – Filippin - 1:0
20 avqust 2014. Bakı. YO. Azərbaycan – Özbəkistan - 0:0