AVRO-2020-nin final mərhələsinə ev sahibliyi edəcək şəhərlərin siyahısında dəyişiklik ola bilər. Apasport.az saytının məlumatına görə, ilk dəfə 13 ölkədə təşkil olunacaq yarışın meydan sahiblərindən biri bu hüquqdan məhrum edilmək təhlükəsi ilə üz-üzə qalıb.
Belə ki, UEFA Belçikanın paytaxtı Brüsseli 13 şəhər siyahısından çıxarmağa hazırlaşır. Buna səbəb stadionun inşasına ayrılan vaxta əməl olunmamağıdı.
Məsələ ondadı ki, arenanın tikintisi üçün müraciət və buna görə lazım olan ekoloji razılıq əldə olunmayıb. UEFA Belçikaya bunun üçün nə qədər möhlət verəcəyi ilə bağlı qərarını açıqlamalıdı.
Belçikalılar tikinti üçün sonuncu sifarişi avqustda verib. Buna cavabın 150 gün ərzində verilməli, arenanın inşası üçün 12-18 ay olmalıdı. Stadion AVRO-2020-nin startına 9 ay qalmış, yəni 2019-cu ilin payızında hazır vəziyyətə gətirilməlidi.
Qeyd edək ki, AVRO-2020-nin 13 ev sahibi arasında Azərbaycan paytaxtı Bakı da var. Final mərhələsi Brüssellə Bakıdan başqa, Buxarest (Rumıniya), Budapeşt (Macarıstan), Münhen (Almaniya), Amsterdam (Hollandiya), Kopenhagen (Danimarka), Roma (İtaliya), Sankt-Peterburq (Rusiya), Bilbao (İspaniya), Dublin (İrlandiya), London (İngiltərə) və Qlazqoda (Şotlandiya) keçiriləcək.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”