[b]Avrokuboklarda 28-ci səfər qələbəsi[/b]
15.07.2016 - 10:16
[b]Avrokuboklarda 28-ci səfər qələbəsi[/b]

Avropa Liqasının II təsnifat mərhələsinin MTK – “Qəbələ” oyunu həm futbolumuz, həm də təmsilçimiz üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” avrokuboklarda ilk səfər qələbəsini qazanıblar.

 

10-cu dəfə rəqib meydanında çıxış edən təmsilçimiz 2:1 hesablı qələbə ilə ilki rəsmiləşdirib. Yubiley səfərində qeydə alınan “siftə”yədək təmsilçimi rəqib meydanlarında 3 heç-heçə edib, 6 dəfə uduzmuşdu.

 

Bu, ümumilikdə Azərbaycan klublarının avrokuboklarda 28-ci səfər qələbəsidi. Macarıstandakı oyunadək 7 komandamız belə qələbə əldə etmişdisə, “Qəbələ” azarkeşlərini rəqib meydanında sevindirən 8-ci təmsilçimiz olub.

 

MTK üzərindəki qələbə həm də Azərbaycan klublarının avrokuboklarda 70-ci uğuru olub. Bu, 22 illik çıxışlarımız tarixinin 258-ci matçına təsadüf edib. 66 heç-heçə və 122 məğlubiyyəti olan klublarımızın yubiley qələbəsi qazanmasına 12 klubumuz töhfə verib.