[b]Avrokuboklarda 4-cü dəfə[/b]
16.07.2016 - 12:44
[b]Avrokuboklarda 4-cü dəfə[/b]

“Qəbələ” avrokubokların ilk oyununda səfərdə 2:1 hesabı ilə qələbə qazanan 4-cü Azərbaycan komandasıdı. Apasport.az saytının məlumatına görə, indiyədək rəqib meydanında bu hesabla qalib gələn bütün təmsilçilərimiz sonda mərhələ adlayıb.

 

2 dəfə “Qarabağ”, 1 dəfə “İnter” ilk oyunda 2:1 hesabı ilə qazandığı üstünlüyü evdə qoruya bilib. Maraqlıdı ki, onlardan heç biri cavab görüşündə qalib gəlməyib. Amma hər üç halda mərhələ keçən tərəf təmsilçimiz olub.

 

1999-cu ildə İntertoto kubokunda “Makkabi”ni (Hayfa, İsrail) səfərdə üstələyən “Qarabağ” sonradan evdə minimal hesabla uduzsa da, rəqib meydanındakı qol sayəsində mərhələ adlayıb. Ağdam klubu 2010-cu ildə Avropa Liqasında “Portadaun”u Şimali İrlandiyada məğlub etsə də, evdə bərabərliklə kifayətlənib – 1:1.

 

“İnter” isə eyni yarışın 2014/15 mövsümündə üstünlüyü əldən verib və matçı əlavə vaxta daşıyıb. Belə ki, “Hafnarfyordur” İslandiyada uduzduğu hesabla qələbə qazanıb. “İnter” yalnız əlavə vaxtda mərhələ keçmək üçün yetərli qolu vurub – 2:2.

 

Qeyd edək ki, Avropa Liqasının II təsnifat mərhələsinin Macarıstandakı ilk oyununda MTK-ni 2:1 hesabı ilə məğlub edən “Qəbələ” cavab matçını iyulun 21-də keçirəcək.