[b]Avrokuboklarda 50-ci oyun[/b]
24.11.2016 - 18:34
Azərbaycan millisinin futzalçısı Vitali Borisov UEFA kubokunda növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, təmsilçimiz çıxış etdiyi Serbiya “Ekomomak”ının heyətində elit-raundun ilk tutunda iştirak meydana çıxıb.
“Maribor”la matçın start heyətində yer alan futzalçımız qarşılaşmanın 29-cu dəqiqəsində qol sevinci də yaşayıb. Vitali hesabı 2:3-ə çatdırsa da, komandası sonda məğlubiyyətdən qaça bilməyib – 2:6.
Qeyd edək ki, bu, onun avrokuboklarda yubiley – 50-ci oyunu olub. 43-cü qolunu vuran Borisov 4 klubun heyətində çıxış edib.
0
0