[b]Avroliqada 19-cu, ümumilikdə 27-ci dəfə[/b]
06.07.2017 - 22:32
Bakı “İnter”i Avropa Liqasının I təsnifat mərhələsinin “Mladost”la oyununda üstünlük qazanıb. Apasport.az saytının məlumatına görə, Aleksandr Pejoviçin meydandan qovulması Serbiya təmsilçisini 10 nəfərlə qoyub.
Bu, Azərbaycan klublarının avrokubok tarixində rəqiblərimizin aldığı 27-ci qırmızı vərəqədi. Bunadək 26 dəfə təmsilçilərimiz rəqibin belə ağır cəzalanmasını görmüşdü.
Bu qırmızılardan 5-i Çempionlar Liqası, 2-si İntertoto kuboku, 1-i Kuboklar Kubokunda olubsa, Avropa Liqasında bu rəqəm 19-a çatıb.
0
0