[b]Avroliqanın gümüş mükafatçısının 9 xalı silinəcək[/b]
26.11.2016 - 01:04
[b]Avroliqanın gümüş mükafatçısının 9 xalı silinəcək[/b]

Borclarına görə bu mövsüm 6 xalı silinən “Dnepr”in başı dərddən qurtarmır. Apasport.az saytının məlumatına görə, Dnepropterovsk təmsilçisinin daha 9 xalı silinə bilər.

 

Bu barədə Ukrayna Premyer Liqasının prezidenti Vladimir Qeninson açıqlama verib. Federasiya rəsmisinin sözlərinə görə, UEFA Avropa Liqasının gümüş mükafatçısı eks-futbolçusu Nikolay Kaliniçə borcu qaldığı üçün növbəti dəfə cəzalandırılacaq.

 

Qeninson həmçinin bildirib ki, əgər klub borcunu ödəməməyə davam etsə, onu daha böyük cəzalar gözləyir.