[b]Avropa Liqası tarixində yeni rekord[/b]
18.03.2016 - 09:26
Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində dünən keçirilən “Mançester Yunayted” – “Liverpul” matçında yeni rekord müəyyənləşib. Apasport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, AL tarixində ən çox tamaşaçı sayı məhz bu görüşdə qeydə alınıb.
Belə ki, qarşılaşmanı 75 min 180 adam tribunadan izləyib. Bundan əvvəl isə rekord (67 min 553) Kiyevdə “Dinamo” və “Everton” komandalarının oyununda (5:2) müəyyənləşmişdi.
Qeyd edək ki, ilk görüşdə 2:0 hesabı ilə qalib gələn “Liverpul” “Old Trafford”da 1:1 hesablı heç-heçə edərək, ¼ finala adlayıb.
0
0