Az əvvəl start götürən “Mladost” – “İnter” qarşılaşması Azərbaycan klublarının Avropa Liqasında yubiley – 150-ci oyunudu. Apasport.az saytının məlumatına görə, 2009-cu ildən indiki adı altında keçirilən yarışlarda klublarımız cari mövsümədək 148 qarşılaşmada qüvvəsini sınamışdı.
Lüksemburq “Differdanj”ı ilə qarşılaşan “Zirə” 149-cu, Serbiyada “Mladost”un qonağı olan “İnter” 150-ci matçın iştirakçısı olub. Sonuncuların görüşü həm də bu turnirdə 75-ci səfər sınağı kimi tarixə düşəcək.
İlk dəfə təmsilçilərimizə rəqib olan “Mladost” isə tarixə 121-ci kimi düşüb. Cari mövsümədək 119 komanda ilə görüşən klublarımız üçün “Differdanj” 120-ci olmuşdu.
Qeyd edək ki, Avropa Liqası 2009-cu ilədək UEFA kuboku adlanıb.