[b]Avropada 4-cü[/b]
24.11.2016 - 17:42
[b]Avropada 4-cü[/b]

“Araz” UEFA kubokunda rəqib qapısına ən çox zərbə vuran 4 komandadan biridi. Apasport.az saytının məlumatına görə, təmsilçimiz keçirdiyi 4 qarşılaşmada qapı istiqamətində 198 zərbə vurub.

 

Orta göstəricisi 49,5-ə bərabər olan Azərbaycan çempionu qitənin 3 klubundan geri qalır. Hollandiya “Amsterdam”ı bu göstəricidə hamıdan öndədi – 53,67.

 

Avstriya “Liberta”sı 53,33 zərbə ilə ikincidi. Ukrayna “Energiya”sı 3-cü pillədə qərarlaşıb – 50,33.

 

Qeyd edək ki, “Araz”ın 198 zərbəsindən 84-ü çərçivəyə düşüb. 24 qol vuran komandamız məhsuldarlıqda da 4-cüdü.

 

Hər matçda orta hesabla 6 dəfə fərqlənən çempionumuz Finlandiya “Sievi”si (8,00), Polşa “Zdranska”sı (7,33) və Gürcüstan TSU-sundan (6,17) geri qalır.