UEFA Gənclər Liqasının qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarışın ən yaxşısı İsveçrənin Nyon şəhərindəki final matçında bəlli olub.
Avstriyanın “Zalsburq” klubu Portuqaliya “Benfika”sı ilə qarşılaşmada 2:1 hesablı qələbə qazanıb. Pireneylilər 29-cu dəqiqədə Joze Qomeşin qolu ilə önə keçsə də, zalsburqlular əzmkar qələbə əldə edib. Meydana sonradan çıxanlardan Daka Patson 72-ci, Aleksander Şmidt 76-cı dəqiqədə fərqlənib. Yarışın 3-cüsü adına isə yarımfinalda uduzan İspaniya nəhəngləri “Real”la “Barselona” layiq görülüb.
Cari mövsüm yarışda Azərbaycanı “Qəbələ” təmsil edib. “Qırmızı-qaralar” Çempionlar yolunun I mərhələsində Moskva “Dinamo”suna uduzub – 0:2, 0:5.
Qeyd edək ki, 2013/14 mövsümündən keçirilən yarışın ilk qalibi “Barselona” olub. Sonrakı iki mövsümdə isə İngiltərə “Çelsi”si kuboku başı üzərinə qaldırıb.
- PSJ Çempionlar Liqasının tarixinə düşdü – İlk 4 oyunda 20 qol!
- “Fənərbaxça”nın yeni baş məşqçisi rəsmən açıqlandı
- "Fənərbaxça" Emre Belözoğlu ilə danışıqlara başladı - YENİLƏNİB
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”