[b]Avstriya – Azərbaycan oyununun vaxtı dəqiqləşdi[/b]
20.09.2016 - 18:29
[b]Avstriya – Azərbaycan oyununun vaxtı dəqiqləşdi[/b]

19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin oyunlarının təqvimi bəlli olub. Apasport.az saytının məlumatına görə, V qrupda mübarizə aparacaq Azərbaycan yığmasının matçlarının yeri və vaxtı dəqiqləşib.

 

Litvada keçirilən oyunlarda komandamızın ilk rəqibi Avstriya olacaq. Nazim Süleymanovun yetirmələri ardınca Bosniya və Herseqovinanı sınağa çəkəcək. Bu iki qarşılaşma Mariampol şəhərində eyni adlı klubun stadionunda baş tutacaq.

 

Son matçını Alitusda eyniadlı klubun meydanında keçirəcək yığmamız Litva ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, hər qrupda ilk 2 yeri tutanlar, həmçinin ən yaxşı 3-cü pillə sahibi yüksələcək.

 

19 yaşadək futbolçular arasında Avropa çempionatı

V qrup

I tur, 4 oktyabr

15:00. Avstriya – Azərbaycan

Mariampol. “Mariampol” stadionu

 

II tur, 6 oktyabr

15:00. Bosniya və Herseqovina – Azərbaycan

Mariampol. “Mariampol” stadionu

 

III tur, 9 oktyabr

15:00. Azərbaycan – Litva

Alitus. “Alitus” stadionu

0