"Avrokubok təcrübəmizin olmaması səbəbindən oyuna yaxşı başlamadıq və gözlənilməz qol buraxdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov deyib.
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında “Differdanj”a səfərdə də qalib gələn paytaxt təmsilçisi (2:0, 2:1) mərhələni keçib.
Oyundan sonra açıqlama verən gənc mütəxəssis fikirlərini bölüşüb: “Ümumiyyətlə ilk hissədə çox sayda səhvə yol verdik. Vəziyyəti düzəltmək üçün fasilədə uşaqlarla danışdıq. İkinci hissədə daha yaxşı oynamağa başladıq və qələbə qazandıq. Növbəti mərhələyə çıxmağa daha layiq olduğumuzu sübut etdik. Qələbəmizi xalqımıza və ötən gün Füzulidə həyatlarını itirən soydaşlarımıza həsr edirik”.