[b]AZAL-dan antirekord[/b]
04.02.2017 - 14:37
AZAL Premyer Liqanın cari mövsümündə ən çox qırmızı vərəqə alan komanda adına yiyələnib. Apasport.az saytının məlumatına görə, buna XVI turun “Qarabağ”la görüşü səbəb olub.
Baş hakimin meydandan qovduğu Sadio Tounkara “təyyarəçilər”i azlıqda qoyan 4-cü futbolçudu. Onadək Brayn Fok, Adan Koronado və Ruslan Nəsirli də qırmızı vərəqə almışdı.
Bununla da AZAL hərəyə 3 qırmızı vərəqəsi olan “Kəpəz”lə “Neftçi”ni arxada qoyub. Bunadək hər üç komandanın hesabında 3 belə intizamsızlıq var idisə, Tərlan Əhmədovun yetirmələri antirekordla 1-ci olub.
0
0