[b]AZAL-ın dağılmasından vitse-prezidentin xəbəri yoxdu[/b]
03.05.2017 - 15:38
[b]AZAL-ın dağılmasından vitse-prezidentin xəbəri yoxdu[/b]

Azərbaycan Premyer Liqasında 2016-17 mövsümünü sonuncu pillədə başa vuran AZAL klubu fəaliyyətini rəsmən dayandırıb. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər” maddi-texniki təminat və infrastrukturla “Zirə”yə dəstək vermək qərarına gəlib.

 

Məsələ ilə bağlı AZAL-ın vitse-prezidenti Vaqif Qasımovun fikrini öyrənməyə çalışdıq. Ancaq Qasımov səhhətindəki problemi əsas gətirərək, danışmaqdan imtina edib. Maraqlısı burasındadı ki, vitse-prezident baş verən hadisələrdən məlumatsız olduğunu söyləyib: “Mənim heç nədən xəbərim yoxdu. Xəstə yatıram, yataqdayam. Hazırda sistem altındayam. Bu vəziyyətdə də danışa bilmirəm”.

 

Qeyd edək ki, AZAL 2005-ci ildən bəri Premyer Liqada çıxış edib.