[b]AZAL-ın yeni transferinin cəzası açıqlandı[/b]
10.02.2017 - 12:20
[b]AZAL-ın yeni transferinin cəzası açıqlandı[/b]

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, iclasda Premyer Liqanın XVII turunun “Qəbələ” – AZAL (2:0) matçında baş verən neqativ hallara hüquqi qiymət verilib.

 

Belə ki, görüşdə 4 futbolçusu sarı vərəqə alan hər iki klub 800 manat məbləğində cərimə olunub. 

 

Bundan başqa, oyunun 78-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulan AZAL-ın müdafiəçisi Alamadine Omeqanın da cəzası açıqlanıb. "Təyyarəçilər"in yeni transferi 1 oyunluq diskvalifikasiyaya məruz qalıb, klubu isə 200 manat cərimə olunub.