[b]AZAL - "Qarabağ" oyununa maraq yoxdu[/b]
03.02.2017 - 15:12
[b]AZAL - "Qarabağ" oyununa maraq yoxdu[/b]

Azərbaycan Premyer Liqasının XVI turunun açılış matçına maraq çox azdı. Apasport.az saytının məlumatına görə, AZAL - "Qarabağ" görüşü, demək olar ki, böyük hissəsi boş tribunalar önündə keçirilir.

 

Şüvəlan qəsəbə stadionunda birinci hissəsi gedən görüşə çox az azarkeş gəlib. "Qarabağ"ı səfər qarşılaşmasında iki azarkeş qrupu dəstəkləyir. Ancaq "İmarət tayfa" və "Qarabağ ordu" fank-klubları ümumilikdə maksimum 40 nəfər edər. "İmarət tayfa" fan-klub üzvlərinin soyuq havada köynəklərini çıxararaq yarıçılpaq şəkildə şüarlar səsləndirmələri də diqqətçəkən məqamdı.

 

AZAL-ı isə 60-70 nəfərdən ibarət yerli əhali dəstəkləyir.

 

Qeyd edək ki, AZAL Rəşad Abdullayevin qolu sayəsində hesabda 1:0 öndədi.