[b]AZAL: Əlli ayaqlı... [/b]
26.12.2016 - 15:56
[b]AZAL: Əlli ayaqlı... [/b]


AZAL-ın əsas komandasının üzvləri qış fasiləsi səbəbindən istirahətə buraxılsa da, baş məşqçi Tərlan Əhmədov iş başındadı. Apasport.az klubun saytına istinadən xəbər verir ki, dünəndən etibarən uşaq futbol komandalarının heyətlərini komplektləşdirmək və yeni istedadları tapmaq üçün seleksiya fəaliyyətinə rəhbərlik edən Əhmədov dekabrın 29-dək məşqlərə çıxacaq.

 
Klub rəhbərliyinin qərarı ilə həm də uşaq futbol məşqçilərinin işinə ümumi nəzarəti həyata keçirən gənc mütəxəssis bütün məşqçiləri seçim prosesinə cəlb edib. Təsadüfi deyil, seleksiya məşqlərinə 50-dən çox futbolçu qatılıb.

 

Dekabrın 27 və 28-də müxtəlif yaş qrupunda olan komandaların iştirakı ilə keçiriləcək yoxlama oyunlarından sonra baxışa çağırılan yeniyetmələr haqda qərar veriləcək. Sınaqdan uğurla keçən futbolçular AZAL-ın uşaq futbol komandalarının heyətinə cəlb olunacaq.