[b]AZAL “5”ə çatdı[/b]
08.02.2017 - 16:31
Azərbaycan Premyer Liqasının XVII turunun “Qəbələ” ilə oyununda qırmızı vərəqə alan Omeqa Alamadine AZAL-ın meydandan qovulan 5-ci futbolçusu olub. Apasport.az saytının məlumatına görə, bununla da “təyyarəçilər” mövsümün antirekorduna imza atıb.
Belə ki, bunadək ən çox qırmızı vərəqə alan komandalar AZAL və “Kəpəz” idi. Onların hərəsinin hesabında 4 belə cəza var idi.
Alamadine isə AZAL-ın antirekorçu olmasının səbəbkarına çevrilib. Onadək Brayn Fok, Sadio Tounkara, Adan Koronado və Ruslan Nəsirli meydandan qovulmuşdu.
0
0