[b]AZAL rəsmisini vurdu, 1 il futboldan uzaqlaşdırıldı [/b]
22.11.2016 - 14:35
[b]AZAL rəsmisini vurdu, 1 il futboldan uzaqlaşdırıldı [/b]

U-17 Liqasının “İnter” – AZAL qarşılaşması xoşagəlməz halla nəticələnib. Apasport.az saytının məlumatına görə, oyun başa çatdıqdan sonra “bankirlər”in yeniyetmə futbolçusu Riad Abbaszadə ilə rəqib komandanın rəsmisi arasında münaqişəsi yaşanıb.

 

Hadisə zamanı futbolçu AZAL-ın nümayəndəsini vurub. AFFA-nın bu gün keçirilən İntizam Komitəsinin iclasında da “İnter” – AZAL qarşılaşmasında baş verənlər müzakirə olunub.

 

Qərara alınıb ki, Riad 12 ay yarışlardan kənarlaşdırılsın. “İnter”ə isə daxili nizam-intizam qaydalarına əməl  edilməsi ilə bağlı xəbərdarlıq olunub.