Azərbaycan Premyer Liqasında başa çatan mövsümdə uğursuz çıxış edən AZAL heyətdə “təmizləmə” əməliyyatına başlayıb. Klubdan apasport.az saytına verilən məlumatına görə, üç futbolçu baş məşqçi Tərlan Əhmədova lazım olmayıb.
Bunlar mövsümün ikinci yarısında komandaya qoşulan legionerlərdi. Belə ki, paytaxt təmsilçisi Frank Madu, Mehdi Taouill və Arkadi Qalperinlə yollarını ayırıb.
Bu “üçlük”də Əhmədovun ən çox güvəndiyi sima da sonuncudu. Rusiyalı yarımmüdafiəçi 13 matçda meydana çıxıb. Fransalı hücumçu Madu 8 oyunda 1 qol vurubsa, onun həmyerlisi olan yarımmüdafiəçi Mehdi 5 matç keçirib.
Qeyd edək ki, AZAL mövsümün yekunlarına görə aşağı dəstəyə düşüb. Lakin I divizion klubları lisenziya ala bilməsə, “təyyarəçilər” yenidən yüksəkdə uçacaq.