[b]Azarkeşlər Daboya təzim edir[/b]
22.09.2016 - 19:07
[b]Azarkeşlər Daboya təzim edir[/b]

Topaz Premyer Liqasının III turundan təxirə salınmış “Qəbələ” – “Sumqayıt” matçı bu gün baş tutub. Apasport.az saytının məlumatına görə, görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

“Qırmızı-qaralar”a qələbəni oyunun son 5 dəqiqəsində vurduğu iki qolla Baqali Dabo qazandırıb.

 

Onun bu qəhrəmanlığı azarkeşlər tərəfindən də yüksək minnətdarlıqla qarşılanıb. Belə ki, qarşılaşmanı izləyən fanklub üzvlərindən bir neçəsi sonuncu dəqiqədə vurulan ikinci qoldan sonra meydana axışıblar.

 

Hətta onlardan biri Dabonun qarşısında təzim edərək öz təşəkkürünü bu şəkildə izhar edib.