Antalya toplanışının başa çatan son günü Azərbaycan və Rumıniya klublarının mini dueli ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının ilk üç pilləsində qərarlaşan “Qarabağ”, “Qəbələ” və “İnter” bu ölkədən olan komandaları sınağa çəkib.
Rəqiblər də Liqa1-in ilk “səkkizliy”ində yer alan klublar olub. UEFA reytinqinə, Avropadakı çəkisinə görə Azərbaycan Rumıniyadan xeyli geri qalsa da, təmsilçilərimiz bu sınaqdan üzüağ ayrılıb.
Üç komandamız ümumilikdə 270 dəqiqə təşkil edən dueldə 4:1 hesabı ilə qalib gəlib. Bu, iki qələbə və bir heç-heçə sayəsində gerçəkləşib. Yalnız “İnter” rumıniyalılara qalib gələ bilməyib.
Azərbaycan (26) – Rumıniya (17) – 4:1
“Qarabağ” (1) – “Styaua” (2) – 2:0
“Qəbələ” (2) – “Qaz Metan” (4) – 1:0
“İnter” (3) – “Botoşani” (8) – 1:1
Qeyd: mötərizədə klubların hazırda çempionatının turnir cədvəlindəki, ölkələrin isə UEFA reytinqindəki yeri göstərilib.