[b]Azərbaycan – Andorra matçını avstriyalı hakimlər idarə edəcək[/b]
26.05.2016 - 09:48
Azərbaycan millisinin bu gün keçiriləcək yoxlama oyununun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın Andorra ilə Avstriyada baş tutacaq qarşılaşması yerli ədalət təmsilçilərinə tapşırılıb.
Bad Erlax şəhərindəki oyunun baş hakimi Harald Lexner olacaq. Ona həmyerliləri Andreas Heidenreyx və Maksimilian Kolbitş kömək edəcək. Görüşün 4-cü hakimi funksiyasını Markus Hameter yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan – Andorra matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
0
0