[b]Azərbaycan çempionatı Cəbəllütariq qədər də olmadı[/b]
12.05.2017 - 14:58
[b]Azərbaycan çempionatı Cəbəllütariq qədər də olmadı[/b]

Azərbaycan Premyer Liqasının 2017/18 mövsümündə də cəmi 8 komanda mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, yarış Avropada ən az iştirakçısı olan çempionatlardan biri kimi qalacaq.

 

Söhbət UEFA-ya üzv olan 55 ölkənin yüksək dəstəsindən gedir. Bu ölkələrdən Lixtenşteyn istisna olmaqla, hamısının öz çempionatı var. “Cırtdanlar” isə İsveçrədə qüvvəsini sınayır.

 

UEFA-nın yeni üzvü Kosovonu da saysaq, Azərbaycan çempionatı yalnız Ermənistanla müqayisədə say baxımından öndədi. Bu ölkənin yüksək liqasında vur-tut 6 klub mübarizə aparır.

 

Premyer Liqamız sonuncudan əvvəlki mövqedə də tək deyil. Andorra, Latviya və Litva kimi qeyri-futbol ölkələri də elita üçün 8-dən artıq komanda tapa bilmir.

 

Düzdü, bu rəqəmlər davam etməkdə olan mövsümə aiddi. Qarşıdakı çempionat üçün bəzi ölkələrdə dəyişiklik də gerçəkləşə bilər. Əslində, belə dəyişiklik Premyer Liqamızda gözlənilirdi. İştirakçı sayının heç olmasa 10-a yüksəldilməsi ümidlərinə AFFA-nın Lisenziyalaşdırma Qrupu tərəfindən son qoyuldu.

 

Hərçənd, bu rəqəm 10-a çatsaydı, Avstriya, Albaniya, Cəbəllütariq, Makedoniya, Sloveniya, Farer adaları, Xorvatiya, İsveçrə və Estoniyaya çatmış olardıq.

 

 

UEFA-ya üzv olan ölkələrin yüksək liqasında komanda sayı

20 komanda – 4 ölkə

İngiltərə, İspaniya, İtaliya, Fransa

18 komanda – 4 ölkə

Almaniya, Hollandiya, Portuqaliya, Türkiyə

16 komanda – 9 ölkə

Belarus, Belçika, Yunanıstan, Norveç, Polşa, Rusiya, Serbiya, Çexiya, İsveç

15 komanda – 1 ölkə

San-Marino

14 komanda – 7 ölkə

Bolqarıstan, Danimarka, Gürcüstan, İsrail, Kipr, Lüksemburq, Rumıniya

12 komanda – 14 ölkə

Bosniya və Herseqovina, Macarıstan, İrlandiya, İslandiya, Qazaxıstan, Kosovo, Malta, Şimali İrlandiya, Slovakiya, Ukrayna, Uels, Finlandiya, Monteneqro, Şotlandiya

11 komanda – 1 ölkə

Moldova

10 komanda – 9 ölkə

Avstriya, Albaniya, Cəbəllütariq, Makedoniya, Sloveniya, Farer adaları, Xorvatiya, İsveçrə, Estoniya

8 komanda – 4 ölkə

Azərbaycan, Andorra, Latviya, Litva

6 komanda – 1 ölkə

Ermənistan