[b]Azərbaycan çempionlarının öyündüyü turnirlə bağlı yenilik[/b]
25.04.2016 - 14:19
[b]Azərbaycan çempionlarının öyündüyü turnirlə bağlı yenilik[/b]

Rusiyada keçirilən ənənəvi “Birlik kuboku” ilə bağlı yeni plan üzə çıxıb. Apasport.az saytının məlumatına görə, Rusiya Futbol İttifaqı uzun müddət postsovet məkanı klubları və avropalı seleksiyaçılar üçün maraqlı olan, lakin son illər nüfuzunu tamamilə itirən turnirə yeni sima vermək qərarına gəlib.

 

Bunu qurumun prezidenti Vitali Mutko açıqlayıb. O bildirib ki, 1993-2011-ci illərdə öz ölkəsinin çempionu olan postsovet məkanı klubları, 2012-2016-cı illərdə U-21 yığmaları arasında təşkil olunan yarış futzal turnirinə çevriləcək: “Birlik kuboku” öz aktuallığını itirib. Onun ciddi futzal turnirinə çevrilməsi üzərində düşünəcəyik”.

 

Yarışın klub və ya yığmalar arasında keçiriləcəyi hələ dəqiqləşməsə də, Azərbaycan təmsilçilərinin də Rusiyaya dəvət alacağı gözlənilir. Çünki klublarımız 1993-2011-ci illərdə fasiləsiz “Birlik kuboku”nda çıxış edib və yalnız ikinci formatda – yığmalar səviyyəsində oynamaqdan imtinaya üstünlük verib. Təmsilçilərimizin 3 dəfə qalibi olduğu “Birlik kuboku”nun yarışda “Neftçi” 2006-cı, “Xəzər Lənkəran” 2008-ci və “İnter” 2011-ci ildəki sonuncu turnirdə ən güclü olmuşdu. Mutkonun tətbiq etmək istədiyi yenilik isə beynəlxalq oyunlar praktikası çox olmayan, belə variantlardan yararlanmağa çalışan futzalçılarımızın işinə yaraya bilər.