Avropa ölkələrinin əksəriyyətində milli çempionatlarda son turlar oynanılsa da, qızıl medalçılar artıq bəllidi. Apasport.az saytının məlumatına görə, bəziləri “Lester” kimi tarixində ilk dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıbsa, bir çoxu ardıcıl çempionluq seriyasını davam etdirib.
Onların arasında Azərbaycan çempionu “Qarabağ” da var. Ağdam klubu ardıcıl (2013/14, 2014/15, 2015/16) 3-cü mövsümdü qızıl medalları heç kimə vermir.
Topaz Premyer Liqasının qalibi ilə yanaşı, digərlər ölkələrdə də rəqiblərini qızıl medal üzünə həsrət qoyanlar az deyil. “Böyük beşlik” ölkələrində PSJ, “Bavariya” və “Yuventus” hegemonluqlarını davam etdirirlər. İlk iki komanda 4-cü mövsümdü müvafiq olaraq, Fransa və Almaniyada kuboku başı üzərinə qaldırırsa, “Qoca sinyora” artıq 5 ildi bu adı heç kimə vermir.
“Qarabağ” kimi, “FK Santa Koloma” da Andorrada son 3 mövsümün çempionudu. APOEL (Kipr) 4, TNS (Uels), “Seltik” (Şotlandiya), “Ludoqorets” (Bolqarıstan) 5, “Olimpiakos” (Yunanıstan) 6, “Bazel” (İsveçrə) isə ardıcıl 7 mövsümdü ki, finişə birinci çatır.
Xorvatiyanın ən güclü klubu olan “Dinamo” çempionluq sayında da bunu nümayiş etdirir. Zaqreb təmsilçisi cari mövsümdə ardıcıl 11-ci çempionluğuna qovuşub. Bu baxımdan rekord isə Cəbəllütariq komandası “Linkoln”a məxsusdu. Bu klub nə az, nə çox, düz 14 ildi ki, digər komandaların qızıl medal arzusunu ürəyində qoyur.
Albaniya və Sloveniyada hazırda gözlər “Skenderbeu” ilə “Maribor”dadı. Hər iki ölkədə çempionatın son turları gedir və bu komandalar 1-ci yeri tutsalar, ardıcıl 6-cı dəfə bunu bacarmış olacaqlar.
Bir neçə ölkədə mövsüm yeni başladığından, bəzi komandaların titullarını qoruyub-qorumayacağı məlum deyil. Onlardan “B36 Torshavn” (Farer adaları), “Astana” (Qazaxıstan) və “Dandalk” (İrlandiya) son 2, “Jalgiris”lə (Litva) “Styaua” (Rumıniya) da son 3 mövsümün ölkə çempionudu. BATE isə Belarusda ardıcıl 11-ci çempionluğu qazanmağa çalışır.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi