[b]Azərbaycan çempionu Serbiya millisinə çağırıldı[/b]
03.05.2017 - 15:11
[b]Azərbaycan çempionu Serbiya millisinə çağırıldı[/b]

Qadın voleybolçulardan ibarət Serbiya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Zoran Terziç dünya çempionatının seçmə mərhələsi üçün “14-lüy”ü müəyyənləşdirib.

 

Təcrübəli mütəxəssis Polşada keçiriləcək qrup oyunlarda Azərbaycan çempionu Sladyana Mitroviçlə vitse-çempion Danitsa Radenkoviçin də köməyindən istifadə edəcək. Onlar ev sahibləri ilə yanaşı, Slovakiya, Çexiya, İslandiya və Kipr milliləri ilə üz-azə gələcəklər.

 

Heyət belədi:

 

Toppaylayıcılar: Danitsa Radenkoviç (“Azərreyl”, Azərbaycan), Sladyana Mitroviç (“Telekom”, Azərbaycan).

 

Hücumçular: Sanya Malaqurski, Byanka Buşa (hər ikisi “Montiçiari”, İtaliya), Brankitsa Mixayloviç (“Boxai Bank”, Çin), Ana Lazareviç (“Olimpiakos”, Yunanıstan), Boyana Milenkoviç (“Srvena zvezda”), Katarina Lazoviç (“Vizura”).

 

Libero: Yelena Blaqoјeviç (“Ximik”, Polşa).

 

Blokçular: Stefana Velykoviç (“Ximik”, Polşa), Yovana Stevanoviç (“Kasalmaggiore”, İtaliya), Natya Ninkoviç (“Alba”, Rumıniya), Mina Popoviç (“Foppapedreti”, İtaliya), “Yovana Kotsiç (“Vizura”).