[b]Azərbaycan çempionu üçün portuqaliyalı[/b]
21.11.2016 - 15:28
[b]Azərbaycan çempionu üçün portuqaliyalı[/b]

Futzal üzrə UEFA kubokunun elit-raundunun ilk turunun təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Araz”ın noyabrın 23-də keçirəcəyi ilk qarşılaşmanı Portuqaliya və Rumıniyadan olan ədalət təmsilçiləri idarə edəcək.

 

Xorvatiyanın “Nasional” klubu ilə Zaqrebdəki ilk görüşün 1-ci hakimi pireneyli Eduardo Fernandes Koelyo olacaq. Onunla eyni briqadada rumıniyalı Qabriel German yer alacaq.

 

Qeyd edək ki, “Nasional” – “Araz” matçı Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.