[b]Azərbaycan futbolunda 21-ci dəfə[/b]
18.07.2017 - 23:00
[b]Azərbaycan futbolunda 21-ci dəfə[/b]

“Qarabağ”ın futbolçusu Donald Gerye “Samtredia” ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin hər iki görüşündə qol vurub. Apasport.az saytının məlumatına görə, bu, mövsümdə 2-ci, tarixdə 21-ci belə hadisədi.

 

Söhbət təsnifat və pley-off mərhələlərində eyni rəqiblə ardıcıl iki dəfə baş tutan qarşılaşmalardan gedir. Bu il “Zirə”nin futbolçusu Riçard Qadze də eyni rəqibə hər iki matçda qol vurmuşdu.

 

Cari mövsümün startına qədər isə 19 belə hal yaşanmışdı. Qadze 20-ci, Gerye isə 21-ci belə hadisənin müəllifi olub.

 

Onlar avrokuboklarda eyni rəqiblə hər iki təsnifat matçında qol vurub. Geryeyə qədər 7 futbolçu bunu “Qarabağ”ın heyətində bacarıb. Çempionlar Liqasında isə 6-cı dəfə belə hadisə yaşanıb.