[b]Azərbaycan futbolunda yeni antirekord![/b]
15.09.2017 - 11:51
[b]Azərbaycan futbolunda yeni antirekord![/b]

Azərbaycan futbolunda son 9 ilin antirekordu qeydə alınıb. Apasport.az saytının məlumatına görə, yeni mövsümdə I divizionda cəmi 10 komandanın mübarizə aparması son illərin ən aşağı göstəricisidi.

 

Belə ki, 2008/09 mövsümündən sonra belə az iştirakçı ilə I divizion baş tutmamışdı. Son 8 mövsümdə 12-16 arasında var-gəl edən bu rəqəm 2017/18 mövsümündə 10-a qədər enəcək.

 

Ümumilikdə isə bu göstərici antirekorddan çox-çox uzaqdı. Sonuncu dəfə 2008/09 mövsümündə cəmi 8 komandalı çempionata şahid olmuşuqsa, belə hallar çox yaşanıb. Hətta 1999/2000 mövsümündə cəmi 4 komandalı I dəstə olub. Bundan əvvəlki iki ildə - 1997/98 və 1998/99 mövsümlərində isə ümumiyyətlə aşağı liqa olmayıb.

 

Amma rekord göstəricilərə baxıb həsəd aparmaq da olar. Çünki I dəstədə 30 komandanın mübarizə apardığı 1993/94 mövsümü də var.

 

Son 10 mövsümdə I divizion komandalarının sayı

2008/09 - 8

2009/10 - 12

2010/11 - 14

2011/12 - 14

2012/13 - 13

2013/14 - 16

2014/15 - 16

2015/16 - 14

2016/17 – 14

2017/18 - 10