Avrokuboklar tarixində 6-cı dəfə Azərbaycan və Gürcüstan klubları üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının bu gün keçirilən püşkü “Qəbələ” və “Samtredia”nı I təsnifat mərhələsində üz-üzə qoyub.
Bunadək iki ölkə təmsilçilərinin 5 dueli olub. Bu 5 dueldən 3-də Azərbaycan, 2-də Gürcüstan klubu mərhələ adlayıb. “Neftçi” iki dəfə qonşularımızı mübarizədən kənarlaşdırıbsa, ötən il Tiflis “Dinamo”sundan üstün olan “Qəbələ” növbəti dəfə gürcüstanlıları məyus etməyə çalışacaq. “Şəmkir”lə “Bakı” isə qonşularımıza uduzub. Bunlar ilk iki duelə təsadüf edib. Son 3 Qafqaz duelində isə sevinən bizimkilər olub.
5 duel çərçivəsindəki 10 oyunun nəticələrinə gəlincə isə bərabərlik hökm sürür. Belə ki, hər iki ölkə təmsilçiləri 4 qələbə qazanıb və 13 qol vurub. Digər 2 matçda sülh qeydə alınıb.
2003/04
UEFA kuboku
1-ci təsnifat mərhələsi
15 iyul. “Tbilisi” (Gürcüstan) – “Şəmkir” - 1:0
29 iyul. “Şəmkir” - “Tbilisi” (Gürcüstan) - 1:4
Paşa Əliyev
2006/07
Çempionlar Liqası
1-ci təsnifat mərhələsi
11 iyul. “Sioni” (Gürcüstan) – “Bakı” - 2:0
18 iyul. “Bakı” – “Sioni” (Gürcüstan) - 1:0
Fərid Quliyev
2012/13
Çempionlar Liqası
2-ci təsnifat mərhələsi
17 iyul. “Neftçi” – “Zestafoni” (Gürcüstan) - 3:0
Cavid İmamverdiyev, Julius Vobay, Nikolas Kanales
24 iyul. “Zestafoni” (Gürcüstan) – “Neftçi” - 2:2
Julius Vobay, Rəşad Sadiqov
2014/15
Avropa Liqası
3-cü təsnifat mərhələsi
31 iyul. “Neftçi” – “Çixura” (Gürcüstan) - 0:0
7 avqusr. “Çixura” (Gürcüstan) – “Neftçi” - 2:3
Ernest Nfor (3)
2015/16
I təsnifat mərhələsi
2 iyul. “Dinamo” (Tiflis, Gürcüstan) – “Qəbələ” - 2:1
Cavid Hüseynov
9 iyul. “Qəbələ” - “Dinamo” (Tiflis, Gürcüstan) - 2:0
Asif Məmmədov, Aleksey Antonov