[b]Azərbaycan klublarına örnək: Pulu belə qazanarlar![/b]
17.11.2016 - 09:52
[b]Azərbaycan klublarına örnək: Pulu belə qazanarlar![/b]

Azərbaycan komandalarının hərəsinin bir ələ baxdığı dövrdə Avropa klubları milyonlar qazanırlar. Apasport.az saytının məlumatına görə, bizimkilərdən fərqli, avropalılar sponsor müqavilələri ilə büdcələrini genişləndirirlər. 

 

Futbolda bilet satışı, teleyayım və sponsorluq müqaviləsi klubları ayaqda saxlayan əsas məqamlardı. Təəssüf ki, Azərbaycanda bunların heç biri hələ gündəmdə belə deyil.

 

“Barselona” klubu dünən yeni baş sponsorla müqavilə imzalayıb. Gələn mövsümdən Kataloniya təmsilçisinin formasının üzərində Yaponiya şirkəti “Rakuten”in adı yer alacaq. Tərəflər arasında bağlanan müqaviləyə əsasən, ispanlar bonuslarla birlikdə 4 il ərzində hər il 60 milyon avro qazanc götürəcək. Bununla “Barsa” sponsorluq müqaviləsindən ən çox pul qazanan ikinci klub olub.

 

İspaniya çempionu indi yalnız “Mançester Yunayted”dən geri qalır. “Qırmızı şeytanlar” “Chevrolet”dən hər il 71 milyon avro pul alır. İlk “üçlüy”ü isə “Çelsi” qapayır. “Zadəganlar” “Yokohama Tyres”lə sponsorluq müqaviləsindən ildə 55 milyon avro qazanır.

 

Maraqlıdı ki, sponsorluq müqaviləsindən ən çox qazanc əldə edən 10 klubdan 6-sı Premyer Liqa təmsilçisidi.

 

İlk “10-luq”:

1. “Mançester Yunayted”: “Chevrolet” – 71 milyon

2. “Barselona”: “Rakuten” – 60 milyon

3. “Çelsi”: “Yokohama Tyres” – 55 milyon

4. “Arsenal”: “Fly Emirates” – 40 milyon

5. “Bavariya”: “Telekom” – 33 milyon

6. “Real”: “Fly Emirates” – 32 milyon

7. PSJ: “Fly Emirates” – 28 milyon

8-9. “Liverpul”: “Standard Chartered” – 27 milyon

8-9. “Mançester Siti”: “Etihad Airways” – 27 milyon

10. “Tottenhem”: AIA – 21 milyon