[b]Azərbaycan klublarının göstəriciləri UEFA-da təhlil olunacaq[/b]
09.08.2016 - 11:12
[b]Azərbaycan klublarının göstəriciləri UEFA-da təhlil olunacaq[/b]

Avqustun 11-də İsveçrənin Nyon şəhərində AFFA-nın Lisenziyalaşdırma qrupu və UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play şöbəsinin əməkdaşları arasında görüş keçiriləcək. Apasport.az saytının məlumatına görə, UEFA-nın dəvətinə əsasən təşkil olunacaq görüşdə ölkəmizi AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov və baş maliyyə eksperti Bəhram Dadaşov iştirak edəcəklər.

 

Görüş zamanı 2015-ci maliyyə ilində Azərbaycan futbol klublarının göstəriciləri müzakirə və müqayisəli şəkildə təhlil olunacaq. Həmçinin klublar tərəfindən hazırlanmış hesabatlarda UEFA tərəfindən aşkar olunmuş çatışmazlıqlar və bunların gələcəkdə aradan qaldırılma yolları ilə bağlı fikir mübadiləsi aparılacaq.

 

Tədbir çərçivəsində 2016-cı il üzrə maliyyə hesabatların hazırlanması ilə bağlı UEFA-nın tövsiyə və tələbləri, UEFA Maliyyə Fair Play IT proqramı ilə bağlı yeniliklərin müzakirə olunması da nəzərdə tutulub. Sonda tərəflər növbəti mövsüm çərçivəsində keçiriləcək tədbirləri və digər məsələləri müzakirə edəcək.

 

Mənbə: affa.az