[b]Azərbaycan klubunda baş məşqçi istefası[/b] - YENİLƏNİB
01.12.2015 - 17:32
[b]Azərbaycan klubunda baş məşqçi istefası[/b] - YENİLƏNİB

MOİK-də baş məşqçi istefası reallaşıb. Apasport.az saytı klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, I Divizion təmsilçisi Şamil Adilovla yolları ayırıb.

 

Uzun müddət MOİK-də çalışmış mütəxəssis uğursuz nəticələrə görə işindən ayrılmalı olub.

 

Belə ki, klub rəhbərliyi komandanın cari mövsümdəki nəticələrini (11 oyunda 12 xal) qənaətbəxş hesab etmədiyindən, Adilovla yollar qarşılıqlı razılıq əsasında ayrılıb.

 

Adilovu bu postda Müşviq Qənbərov əvəzləyib. Bu yay "Rəvan"dan ayrılan gənc mütəxəssislə 2,5 illik müqavilə imzalanıb. 

 

Qeyd edək ki, bu günlərdə “Sumqayıt” klubunun əvəzedici komandasının baş məşqçisi İlham Yadullayev da istefaya göndərilmişdi.