[b]Azərbaycan klubundan daha bir transfer[/b]
17.06.2016 - 17:45
Transfer çalışmalarını davam etdirən “Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Murad Səttarlını heyətinə qatıb.
Ötən mövsüm AZAL-da çıxış etmiş gənc yarımmüdafiəçi ilə rəsmi müqavilə imzalanıb. Razılaşmaya əsasən, Azərbaycan millisinin də formasını geyinən Səttarlı qarşıdakı 2 ili “Zirə”də keçirəcək.
Qeyd edək ki, Səttarlı buna qədər “Qarabağ” və “Simurq” klublarında da çıxış edib.
0
0