Futzal üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, bu gün bir oyun baş tutub.
Belə ki, ADBTİA “Hell Energy” ilə yarımfinala vəsiqə uğrunda üz-üzə gəlib. Bu komandalar öncəki mərhələdə müvafiq olaraq “Avanqard” və “Standard” üzərində qələbə qazanmışdılar.
Əsas vaxtı 0:0, əlavə vaxtı ilə 1:1 hesablı bərabərliklə başa çatan görüşün taleyini penalti zərbələri həll edib. Daha dəqiq olan "Hell Energy" qələbə qazanaraq yarımfinala yüksəlib.
Azərbaycan Kuboku
1/4 final
30 aprel
“Hell Energy” – ADBTİA - 1:1 (əlavə vaxt)
Qollar: Ə. Əliyev, 32:20 – V. Həsənov, 35:03
Penalti seriyası: 2:0
Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev, Ramil Namazov
Hakim-inspektor: Şahin Cəfərov
Olimpik Star