[b]Azərbaycan kubokunda 3000-ci qol vuruldu[/b]
05.05.2017 - 17:14
[b]Azərbaycan kubokunda 3000-ci qol vuruldu[/b]

Azərbaycan kubokunda 3000-ci qol vurulub. Apasport.az saytının məlumatına görə, tarixi qol 2016/17 mövsümünün final matçına təsadüf edib.

 

Naxçıvanda keçirilən “Qarabağ” – “Qəbələ” matçında hesabı açan Mahir Mədətov kubok tarixində 3000-ci qolun müəllifi olub. O, görüşün 52-ci dəqiqəsində fərqlənib. Belə ki, bu qarşılaşmayadək yarışın 25 illik tarixində 2999 qol qeydə alınmışdı.

 

Qeyd edək ki, ölkə kubokunun ilk qolunu 1992-ci ildə Neftçala “Pambıqçı”sının futbolçusu Elnur Əsgərov vurub.