[b]Azərbaycan kubokunda vahid bombardir[/b]
22.12.2016 - 11:07
[b]Azərbaycan kubokunda vahid bombardir[/b]

Azərbaycan kubokunun bombardirlər siyahısında dəyişikliklər olub. Apasport.az saytının məlumatına görə, 1/4 final mərhələsinin cavab oyunları siyahıdakı çoxhakimiyyətliliyə son qoyub.

 

Belə ki, “Qarabağ”ın futbolçusu Namiq Ələsgərov yarışın vahid bombardirliyinə sahib çıxıb. “Sumqayıt”la cavab matçında 3 dəfə fərqlənən oyunçu qol sayını 4-ə çatdırıb.

 

O, hərəyə 3 qol vuran komanda yoldaşı Dino Ndlovu, həmçinin Rauf Əliyevlə (“İnter”) Jonas Pesallini (“Neftçi”) arxada qoyub. “Qarabağ”la görüşdə dubl müəllifi olan Amil Yunanov (“Sumqayıt”) da hesabını 3 qola çatdırıb.

 

Qeyd edək ki, 3 və daha çox qol vuranlardan yalnız Yunanovun komandası mübarizəni dayandırıb.