[b]Azərbaycan kubokunun 24-cü finalı[/b]
04.05.2017 - 13:16
[b]Azərbaycan kubokunun 24-cü finalı[/b]

Sabah keçiriləcək “Qarabağ” – “Qəbələ” oyunu Azərbaycan kuboku tarixinə 24-cü final kimi düşəcək. Apasport.az saytının məlumatına görə, 1992-ci ildən keçirilən yarışda 25 mövsüm start götürsə də, biri sona çatdırılmayıb.

 

Keçirilən 23 finalda 16 komanda oynayıb. Mütləq rekord “Neftçi”yə məxsusdu – 10 final. 9-cu dəfə həlledici matçda iştirak edəcək “Qarabağ” 2-ci göstəriciyə malikdi. Ağdamlılar ardıcıl 3-cü dəfə bu raunda qədər irəliləyib. 5 belə matçın iştirakçısı olan “Xəzər Lənkəran” 3-cü sırada qərarlaşıb.

 

Tarixində 2-ci dəfə finala yüksələn “Qəbələ” birdən artıq belə görüş keçirəcək 8-ci komandadı. İlk “üçlük”dən başqa “Kəpəz”, “İnter” hərəsi 4, “Bakı” 3, “Şəmkir” 2 belə qüvvəsini sınayıb.

 

“Qarabağ” kuboku qazansa, 6-cı dəfə uğura imza atır və “Neftçi”nin rekordunu təkrarlayıb. Hazırda 5 qələbəsi olan ağdamlılar 2-cidi. Kubok sayında 3-cü olan “Kəpəz”in 4 uğuru var.

 

“Qəbələ” isə ilk dəfə kubok qazansa, 8-ci qalib olacaq. İlk “üçlük”dən başqa, “Bakı”yla “Xəzər Lənkəran” hərəyə 3, “Şəfa”yla Bakı “İnşaatçı”sı hərəyə 1 dəfə yarışın qalibi olub.

 

Azərbaycan kuboku: Bütün finallar

 

1992

“İnşaatçı” (Bakı)

“Kür” (Mingəçevir)

2:1, əlavə vaxtda

1993

“Qarabağ” (Ağdam)

“İnşaatçı” (Sabirabad)

1:0, əlavə vaxtda

1993/94

“Kəpəz” (Gəncə)

“Xəzər” (Lənkəran)

2:0

1994/95

“Neftçi” (Bakı)

“Kür” (Mingəçevir)

1:0

1995/96

“Neftçi” (Bakı)

“Qarabağ” (Ağdam)

3:0

1996/97

“Kəpəz” (Gəncə)

“Xəzri” (Bakı)

1:0

1997/98

“Kəpəz” (Gəncə)

“Qarabağ” (Ağdam)

2:0

1998/99

“Neftçi” (Bakı)

“Şəmkir”

0:0, pen 5:3

1999/2000

“Kəpəz” (Gəncə)

“Qarabağ” (Ağdam)

2:1

2000/01

“Şəfa” (Bakı)

“Neftçi” (Bakı)

2:1

2001/02

yarımçıq qalıb

 

 

2003/04

“Neftçi” (Bakı)

“Şəmkir”

1:0, əlavə vaxtda

2004/05

“Bakı”

“İnter” (Bakı)

2:1, əlavə vaxtda

2005/06

“Qarabağ” (Ağdam)

“Karvan” (Yevlax)

2:1

2006/07

“Xəzər Lənkəran”

“MKT-Araz” (İmişli)

1:0

2007/08

“Xəzər Lənkəran”

“İnter” (Bakı)

2:0, əlavə vaxtda

2008/09

"Qarabağ" (Ağdam)

"İnter" Bakı

1:0

2009/10

 “Bakı”

“Xəzər Lənkəran”

2:1, əlavə vaxtda

2010/11

 “Xəzər Lənkəran”

“İnter” (Bakı)

1:1, pen 4:2

2011/12

“Bakı”

“Neftçi” (Bakı)

2:0

2012/13

“Neftçi” (Bakı)

“Xəzər Lənkəran”

0:0, pen 5:3

2013/14

“Neftçi” (Bakı)

"Qəbələ"

1:1, pen.3:2

2014/15

"Qarabağ" (Ağdam)

“Neftçi” (Bakı)

3:1

2015/16

"Qarabağ" (Ağdam)

“Neftçi” (Bakı)

1:0, əlavə vaxtda