[b]Azərbaycan kubokunun bombardiri bəlli oldu[/b]
26.05.2016 - 09:21
Azərbaycan kubokunun ən yaxşı bombardiri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Neftçi”nin milliləşən legioneri Ruslan Qurbanov turnirin ən məhsuldar oyunçusu olub.
O, keçirdiyi 6 matçda 5 qol vurub. İki futbolçu 4 dəfə fərqlənib. “Qəbələ”nin yarımmüdafiəçisi Aleksey Qay 4, “Qarabağ”ın ispaniyalısı Migel Madera 6 görüşdə bu qədər qol vurub.
Hərəyə 3 qola sevinən oyunçular isə bunu fərqli sayda matçda geçəkləşdirib. Nelson Bonilla (“Zirə”) 2, Samuel Armenteros (“Qarabağ”) 3, Ermin Zets (“Qəbələ”) 4 matçda forma geyinib.
0
0