21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Yaşar Vahabzadə Avropa çempionatının seçmə mərhələsinin qarşıdakı oyunu üçün heyəti müəyyənləşdirib.
Mütəxəssis avqustun 31-də səfərdə İsrail komandası ilə keçiriləcək matça 22 futbolçu çağırıb. Bu futbolçular oyuna hazırlıq məqsədilə avqustun 27-dən etibarən təlim-məşq toplanışına başlayacaq.
Heyətdə bu oyunçular yer alıb: Fəhmin Muradbəyli, Elnur Cəfərov (hər ikisi “Neftçi”), Eltun Turabov, Elgün Uluxanov (hər ikisi “Qarabağ”), Xəyal Nəcəfov, Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə (hamısı “Sumqayıt”), Yusif Nəbiyev (“Zirə”), Oleq Hüseynov, Taşkın Sertan, Vüqar Həsənov, Əlibəy Məmmədli (hamısı “İnter”), Qismət Alıyev (“Qəbələ”), İlkin Sadıqov, İlyas Səfərzadə (hər ikisi “Kəpəz”), Aydın Bayramov (MOİK), Əmirhüseyn Nəcəfi (“Səbail”), Alen Askerov (“Novigrad”, Xorvatiya), Onur Albayrak (“Hobro”, Danimarka), Ozan Can Kokcu (“Bursaspor”, Türkiyə), Serkan Baloğlu (“Ştutqart”, Almaniya), Mustafa Özhitay (“Ulm 1846”, Almaniya).