[b]Azərbaycan yığmasında yeni futbolçu[/b]
05.03.2017 - 17:48
“Kəpəz”in müdafiəçisi Azad Kərimov 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına dəvət olunub. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, 23 yaşlı oyunçu martın 6-dan Bakıda başlanacaq təlim-məşq toplanışına qatılacaq.
4 gün davam edəcək toplanış IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, İslamiada 12 – 22 may tarixləri arasında Bakıda təşkil olunacaq.
0
0