[b]Azərbaycan yığmasının heyəti açıqlandı[/b]
15.09.2017 - 18:37
[b]Azərbaycan yığmasının heyəti açıqlandı[/b]

Azərbaycan milli komandasının (U-16) heyəti açıqlanıb. Apasport.az AFFA-nın saytına istinadən məlumat verir ki, baş məşqçi Vüqar Məmməd sentyabrın 18-dən 23-dək Bakıda, ayın 24-dən 28-dək isə Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışı üçün düşərgəyə 24 futbolçu çağırıb.

 

Komandamız qonşu ölkədə 2 yoldaşlıq oyunu da keçirəcək. Çalışdırıcı bu görüşlərdə Vüsal Şabanov, Müşfiq Nadirov, Rüfət Əhmədov, Nemət Şıxəmirov, Samir Məhərrəmli, Rauf Məhərrəmov, Çingiz Məmmədov (hamısı “Qəbələ”), Hüseyn Ələsgərov, Abdulla Rzayev, Mirəli Əhmədov, Ramin Nəsirli, Sərin Mehmetali, Valeh Qəhramanlı (hamısı “Neftçi”), Ağa Ağayev, Cavid Vəlizadə, Samir Abdullayev, Ramin Məhərrəmov, Fərid Muxtarov (hamısı “İnter”), Rəşad Kərimov (“Sumqayıt”), Tərxan Mehdiyev (“Pole Espoirs”, Fransa), Elvin Sadıqov (“Torpedo, Vladimir, Rusiya), Emil Bayramov (BRV-VİK, Volodimir-Volinski, Ukrayna), Qurban Məhərrəmov (“Qarabağ”) və Mikayıl Kərimlini (“Zirə”) sınaqdan keçirəcək.

0