[b]Azərbaycan yığmasının oyunu ispaniyalı hakimə tapşırıldı[/b]
22.09.2016 - 10:11
Futzal üzrə DÇ-2016-nın 1/8 final mərhələsinin son təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Tailand - Azərbaycan qarşılaşmasını idarə edəcək “dördlük” müəyyənləşib.
Bu gecə baş tutacaq matçı ispaniyalı Fernando Qutyerres Lumbreras idarə edəcək. Görüşün ikinci hakimi çinli Jianqiao Liu, üçüncü referi Solomon adaları təmsilçisi Reks Kamusu olacaq. Matçın vaxtına isə Lans Vanhaitsma (ABŞ) nəzarət edəcək.
Qeyd edək ki, Kolumbiyanın Medelyin şəhərində keçiriləcək Tailand – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 02:30-da başlayacaq.
0
0